“Zəfər bayrağına düzlən!” adlı vətənpərvərlik tədbiri keçirilib
Vətən müharibəsində qazandığımız tarixi Zəfərin ildönümü ərəfəsində Müdafiə Nazirliyi və Suraxanı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin klubunda “Zəfər bayrağına düzlən!” adlı vətənpərvərlik tədbiri keçirilib.
APA TV xəbər verir ki, Müdafiə Nazirliyi, Suraxanı rayon İcra Hakimiyyəti rəsmilərinin, Milli Məclisin deputatlarının, hüquq-mühafizə orqanları və ictimaiyyət nümayəndələrinin, şəhid ailələri üzvlərinin, müharibə iştirakçısı və qazilərin, o cümlədən Bakı Qarnizonundakı hərbi hissələri təmsil edən hərbi qulluqçuların iştirak etdikləri tədbirdə mədəniyyətimizin paytaxtı Şuşaya sancılan və Zəfər paradında nümayiş etdirilən Azərbaycan bayrağı “Qələbə marşı”nın müşayiəti ilə alqışlar altında salona gətirilib.
Şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu