Zaxarova Paşinyanla məzələndi: “Kim kimin üstündədir?”
“Ermənistan Baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı bəyanatını görəndə Bulqakovla Stanislavskinin iki məşhur sitatı yadıma düşdü”.
APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın “Təhlükə var ki, KTMT-Ermənistandan gedəcək” bəyanatına münasibət bildirərkən deyib.
“Mən bu bəyanatı, sitatı görəndə, başqa iki sitat yadıma düşdü: Klassiklərdən Bulqaqovun (Mixail Bulqakov-red.) “Kim kimin üstündə olub” (“kto na kom stoyal”) və Stanislavskinin (Konstantin Stansilavski) “İncəsənəti özündə sevməlisən, Özünü incəsənətdə yox”. Həqiqətən də, kim kimin üstündədir?”, Rusiya XİN sözçüsü Paşinyanın KTMT bəyanatına kinayə ilə cavab verib.
Zaxarova ötən ilin sonunda KTMT missiyasının Ermənistanda səfərdə olduğunu, erməni həmkarlarının KTMT-nin digər üzvləri üçün problemli olan tələbləri səbəbindən yekun qərar qəbul etmək olmadığını xatırladıb.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib