Zaxarova erməni jurnalistə: Məzəmmətinizi qəbul etmirəm
Rusiya Xarici İşlər Nazirliyi (XİN) türkiyəli general-polkovnik Bəxtiyar Ərsayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin olunmasına münasibət bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin “NATO üzvü olan ölkənin generalının Azərbaycan Müdafiə Nazirinin başçısının müşaviri təyin olunmasına Rusiya necə münasibət bildirir? Postsovet ölkələrinin NATO ilə əməkdaşlığına Rusiya mənfi yanaşdığı halda, Azərbaycanın Türkiyə ilə əməkdaşlığına niyə göz yumur? sualına cavab verərək deyib ki, tək Azərbaycanda deyil, Ermənistanda da xarici müşavirlər var.
“Mən sizinlə razılaşmıram. Xarici ölkələrin vətəndaşı olan müşavirləri təkcə Azərbaycanda deyil, digər qonşu ölkələrdə, Azərbaycanla, Rusiya ilə qonşu ölkələrdə görürəm. Ermənistanda da belə insanlar var. Ona görə də mən sizin məzəmmətinizi qəbul etmirəm. Hər bir ölkənin tərəfdaşları ilə hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməklə bağlı suveren hüququ var. Bununla belə, əlbəttə ki, biz bu əməkdaşlığın üçüncü ölkələrə istiqamətlənməməli olduğunu və Cənubi Qafqazdakı qüvvələr balansını pozmamalı olduğunu hesab edirik. Bu tezisi biz müntəzəm olaraq regiondakı tərəfdaşlarımıza çatdırırıq”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib