Zavod ərazisindən silah-sursat tapıldı - QAZAXDA

Qazax rayonunda, “Asfalt zavod” adlanan ərazidə çoxlu sayda qumbaraatan, patron və qumbara tapılıb. APA TV-nin qərb bürosunun məlumatına görə, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin (DİN) Qazax rayon Polis Şöbəsinin əməkdaşları dərhal ərazinin yerləşdiyi Xanlıqlar kəndinə göndərilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Təcili və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 116 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS), 1 ədəd tank əleyhinə mina (TM-57), 7505 ədəd müxtəlif çaplı patron, 7 ədəd boş və təlim məqsədli mərmi və qumbaralar, 506 qram partladıcı, 15 adda müxtəlif təyinatlı hərbi ləvazimatlar aşkar olunaraq ANAMA-nın mərkəzi bazasına gətirilib: “Havanın qaranlıq olması səbəbi ilə əməliyyat-axtarış tədbirləri növbəti gündə də davam edib. Nəticədə əlavə olaraq aşkarlanan 20 ədəd müxtəlif çaplı patron zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb”. Ümumilikdə Agentlik tərəfindən ilin əvvəlindən bu günədək 160 siqnal əsasında 136 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR