Zaqatalada yolu keçmək istəyən qadını avtomobil vuraraq öldürüb
APA TV-nin məlumatına görə, hadisə yanvarın 3-ü axşam saat 21:40 rədələrində Zaqatala şəhəri Nizami küçəsində baş verib.
Rayonun Yuxarı Tala kənd sakini, Murad Sulxayev yaşadığı kəndin ərazisindəki şadlıq evindən çıxaraq idarə etdiyi “Chevrolet Camaro” markalı, 10-RR-024 dövlət nömrə nişanlı minik avtomobili ilə rayon mərkəzi istiqamətində hərəkət edərkən yolu keçmək istəyən rayon sakini, 1961-ci il təvəllüdlü Fərasət Əhməd qızı Davudovanı vurub. Ağır xəsarətlər alan Fərasət Davudova hadisə yerində ölüb. Qəzadan sonra hadisə yerindən qaçan Murad Sulxayev polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dərhal saxlanılıb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:47
432
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
330
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
328
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
804
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
767
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
789