Zaqatalada velosipedçini maşın vurdu - VƏZİYYƏTİ AĞIRDIR
Zaqatalada velosipedçini maşın vurub.
APA TV-nin məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Veysəl Balabəyov velosipedlə hərəkətdə olarkən “Mercedes” markalı minik avtomobili onu vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Veysəl Balabəyov xəstəxanaya yerləşdirilib.
Ona qapalı kəllə-beyin travması və 5-ci boyun fəqərəsinin qəlpəli sınığı diaqnozu qoyulub.
Veysəl Balabəyovun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün paytaxtda gətirilərək xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
479
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
477
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
455
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
313
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
311
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
319