Zaqatalada polis yaşlı insanlara ərzaq yardımı edib
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tənha yaşayan, eləcə də maddi cəhətdən imkanı zəif olan yaşlı insanlara baş çəkib.
APA TV-nin məlumatına görə, 65 yaşdan yuxarı şəxslərin xüsusi karantin rejimi ilə əlaqədar çölə çıxa bilmədiyi nəzərə alınaraq müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar onlara öz evlərində təqdim edilib.
Polis Şöbəsinin əməkdaşları 20-dən çox belə ailəyə baş çəkib və onlara köməklik göstərib. Bu aksiya yaşlı insanlar tərəfindən böyük sevinclə qarşılanıb, onlar göstərilən diqqətə görə polislərə minnətdarlıqlarını bildiriblər. Həmçinin polis əməkdaşları da həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejim qaydalarına riayət etmələrinin vacib olduğu onların diqqətinə çatdırılıb.
OXŞAR XƏBƏRLƏR
13:38
145
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
772
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
900
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2880
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2336
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2331