Zaqatalada narkobaron kimi tanınan “Çopur Ramiz” və dəstəsi yaxalandı
Zaqatalada narkobaron “Çopur Ramiz” və onun cinayətkar şəbəkəsi ifşa edilib.
APA TV-nin məlumatına görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş, bölgədə narkobaron və “Çopur Ramiz“kimi tanınan, rayonun Yuxarı Tala kənd sakini Ramiz Quliyev saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan 5,5 kiloqram qurudulmuş marixuana aşkar edilib. Həmin ünvana baxış zamanı Ramiz Quliyevin göstərişi ilə narkotik vasitəni hazırlayan daha 2 nəfər, “Çopur Ramiz”in yaxınları - əvvəllər oğurluğa görə məhkum olunmuş, Zaqatala şəhər sakini Süleyman Davudov və Yuxarı Tala kənd sakini Murtuzəli Georgiye də tutulub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
553
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
551
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
573
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1285
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1873
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1885