Zaqatalada itən turist sonuncu dəfə bu komada olub
“Qardaşımın heç bir izini tapa bilməmişik”
Bunu APA TV-yə Zaqatalada itkin düşən hindistanlı turistin qardaşı deyib.
Onun sözlərinə görə, 29 yaşlı qardaşı, Kondaveeti Manikathinin mayın 12-də Zaqatala rayonunda otellərdən birindən çıxaraq geri qayıtmayıb: “20 gündən artıqdır ki, qardaşım dağlarda itkin düşüb. Heç bir izinə rast gələ bilməmişik. Qardaşım təbiəti çox sevirdi, amma hansı marşrut üzrə gedəcəyi barədə bir məlumatım yoxdur. Pulu ona görə ayırmışıq ki, bəlkə yerli camaat buna görə, həvəslənib onun gedə biləcəyi yerləri tapmaqda bizə kömək edərlər”.
Dxaran həmçinin qeyd edib ki, qardaşının Google akkauntuna giriş əldə ediblər: “Mayın 13-ü onun sonuncu dəfə olduğu məkan barədə informasiya tapdıq. O, şəhərdən kənarda bir komadaydı. Bu, məni qorxutdu”, - deyə o qeyd edib. .
Yeri gəlmişkən qeyd edək ki, Lent.az turistin sonuncu dəfə olduğu komanın fotosunu əldə edib.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir