Zaqatalada iki “Mercedes” toqquşdu – 2 YARALI
Zaqatalada baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb.
APA TV-nin məlumatına görə, hadisə ötən gün axşam saat 22:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib.
Zaqatala şəhər sakinləri olan 1987-ci il təvəllüdlü Ülvi Xıdır oğlu Əmirovun idarə etdiyi “Mercedes” markalı 62 BK 997 dövlət nömrə nişanlı minik avtomobili ilə 1985-ci il təvəllüdlü Ramin İsmayıl oğlu Şabanovun idarə etdiyi “Mercedes” markalı 99 NO 062 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.
Qəza zamanı ağır qapalı kəllə-beyin travması alan Ülvi Əmirov komatoz vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ülvi Əmirova ilkin yardım göstərildikdən müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Digər avtomobilin sürücüsü Ramin Şabanovun xəsarəti yüngül olduğundan, müayinə edildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı