Zaqatalada iki maşın toqquşdu: 5 yaralı
Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 21:30
radələrində Zaqatala-Qax avtomobil yolunda rayonun Muxax kəndi ərazisindən
keçən hissəsində baş verib.
Zaqataladan Qax rayonu istiqamətində hərəkətdə olan “Mitsubishi Pajero” markalı 90 SG 306 dövlət nömrə nişanlı minik avtomobili ilə Muxax kəndindən baş yola çıxan “Hyundai” markalı 62 BG 565 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.
Qəza zamanı “Hyundai” markalı avtomobildə olan Zaqatala rayonu Yuxarı Çardaqlar kənd sakinləri 2008-ci il təvəllüdlü Emin Rəşad oğlu Əlicanov, 2009-cu il təvəllüdlü Elman Rəşad oğlu Əlicanov, 2005-ci il təvəllüdlü Salman İstanbul oğlu Mirzəyev, sürücünün oğlu 2001-ci il təvəllüdlü İnam Zöhrab oğlu İsmayılov və “Mitsubishi Pajero” markalı avtomobildə olan sərnişin, Lənkəran rayon sakini, 1986-cı il təvəllüdlü Elvin Yasir oğlu Əzimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Tibb müəssisəsindən bildirilib ki, hazırda yaralıların xəsarət dərəcəsinin dəqiqləşdirilməsi üçün müayinələr aparılır.
Fakt polis tərəfindən araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."