Zaqatalada gizli nişan mərasimi keçirənlər cərimələndi
Zaqatalada evdə gizli nişan mərasimləri keçirmək istəyənlər cərimələnib.
APA TV-nin məlumatına görə, Polis Şöbəsinə rayon ərazisində yerləşən 2 fərdi yaşayış evində karantin qaydalarının pozularaq, gizli nişan mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.
Məlumat əsasında polis əməkdaşları şəhər sakini Firəngiz Məmmədovaya və rayonun Danaçı kənd sakini Rauf Əliyevə məxsus evlərə gəliblər. Həmin ünvanların hər birində 20-dən artıq şəxsin bir yerə toplaşaraq, karantin qaydalarını pozduqları aşkar edilib.
Ev sahibləri və məclisi təşkil edənlər Polis Şöbəsinə dəvət edilib. Onlara ölkədə elan edilən karantin rejiminin tələb və qaydaları izah olunub. Həmin şəxslər barəsində protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimələnib.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi