Zaqatalada fındıq oğurlamaq istəyən şəxslər tutuldu
Zaqatalada zavoddan fındıq oğurlamaq istəyən şəxslər saxlanılıb.
APA TV-nin məlumatına görə, Polis Şöbəsinə rayonun Əliabad qəsəbəsində yerləşən, MMC-lərdən birinə məxsus fındıq emalı müəssisəsinə iki nəfər naməlum şəxsin oğurluğa girdikləri barədə müraciət daxil olub.
Oğurluq məqsədilə zavoda girən şəxslər mühafizəçinin onları gördüyünü bilərək oğurlamaq istədikləri fındıqla dolu kisələri həyətə ataraq qaçıblar.
Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində zavoddan oğurluq etmək istəyən şəxslər, rayonun Faldarlı kənd sakinləri, əvvəllər də oğurluğa görə dəfələrlə məhkum olunmuş Hakim Hacıyev və İsrail Səfərov saxlanılıb və törətdikləri cinayət əməlini etiraf ediblər.
İstintaq zamanı tanışların bir neçə gün əvvəl rayonun Aşağı Tala kəndi ərazisində yaşlı qadına qarşı soyğunçuluq etdikləri də müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"