Zaqatalada fındıq oğruları tutuldu
Zaqatalada fındıq oğruları tutulub.
APA TV-nin şimal-qərb bürosunun məlumatına görə, rayonun Qımır kəndinin iki sakini Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, onlara məxsus evdən və həyətyanı sahədən ümumilikdə 9 kisə fındığın oğurlanması barədə məlumat verib.
Daxil olmuş müraciət əsasında polis şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Keçirilmiş əməliyyat nəticəsində oğurluğu edən şəxsin rayonun Bazar kənd sakini, 30 yaşlı Elçin Hacıyev olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib. İlkin ifadəsində E.Hacıyev törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı fındıqları müxtəlif şəxslərə satdığını bildirib.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bəhmətli kənd sakininə məxsus 126 kq fındığı oğurlayan şəxsin elə onun həmkəndlisi Qabil Arıxov olduğu müəyyən olunaraq şübhəli şəxs qismində saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."