Zaqatalada fərdi yaşayış evi yanıb
APA Tv-nin məlumatına görə, fevralın 2-i günorta saatlarında rayonun Yuxarı Tala kəndində, kənd sakini Nəcməddin Ağayevə məxsus ümumi sahəsi 144 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
504
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
500
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
478
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
317
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
315
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
323