Zaqatalada evi ildırım vurdu, yanğın baş verdi
Zaqatalada fərdi yaşayış evini ildırım vurub.
APA TV-nin məlumatına görə, təbiət hadisəsi zamanı Zaqatala şəhəri Yeni yaşayış massivi adlanan ərazidə Həbib Muxtarova məxsus, ümumi sahəsi 135 kvadratmetr olan fərdi yaşayış evində yanğın baş verib.
Yanğın nəticəsində evin dam örtüyünün 50 kvadratmetr sahəsi və mətbəx qismən yanıb.
Alovun söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov baş verən evdə hazırda yaşayış olmadığı üçün hadisə zamanı xəsarət alan olmayıb.
Şahidlərin sözlərinə görə, yanğın ildırım vurması səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
1265
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1275
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1304
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1357
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1948
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1968