Zaqatalada əməliyyat: HƏYƏTİNDƏ NARKOTİK BECƏRƏN ŞƏXS SAXLANILDI
Zaqatalada icarəyə götürdüyü torpaq sahəsində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.
APA TV xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini saxlanılıb.
Rayonun Paşan kəndi ərazisindəki qarğıdalı sahəsində çətənə kollarının becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub. Ərazi dərhal nəzarətə götürülüb və keçirilən əməliyyat tədbiri nəticəsində həmin kənd sakini Məmməd İsayev narkotik tərkibli bitkilərə qulluq edərkən yaxalanıb. Əraziyə baxış zamanı oradan kultivasiya edilən 25 ədəd çətənə kolu aşkarlanıb. Məmməd İsayev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl icarəyə götürdüyü torpaq sahəsində becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
XİN-dən hücuma uğrayan gəmidəki azərbaycanlılarla bağlı AÇIQLAMA
Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşü olacaq
Prezident: Paytaxtı Şərqi Qüds olan Fələstin dövlətini dəstəkləyirik
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub