Zaqatalada elektron qolbaq daşıyan məhkumdan odlu silah götürüldü
Zaqatalada elektron qolbaq daşıyıcısı olan məhkumdan odlu silah götürülüb.
APA TV-nin məlumatına görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində yivli silah saxlamaqda şübhəli bilinən Zaqatala şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş və hal-hazırda elektron qolbaq daşıyıcısı Əşrəf Hacızadə saxlanılıb.
Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman “Belka” markalı odlu silah aşkar edilərək götürülüb. O, ifadəsində həmin silahı satmaq məqsədilə saxladığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
17:21
1368
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1411
Növbəti köç karvanları yola salınıb
13:38
1420
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
979
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1107
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
3017