Zaqatalada dəhşətli qəza - XƏSARƏT ALANLAR VAR
Zaqatalada “Niva” markalı minik avtomobili aşıb, xəsarət alanlar var.
APA TV xəbər verir ki, hadisə bu gün 10 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Faldar kənd sakini 1980-cı il təvəllüdlü Elmin Eyvaz oğlu Qurbanov idarə etdiyi “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb.
Qəza zamanı xəsarət alan E. Qurbanov və onun sərnişinləri Faldar kənd sakinləri 2010-cu il təvəllüdlü Səyyarə Rüstəm qızı Rüstəmova, 1979-cu il təvəllüdlü Fərqanə Abbas qızı Qurbanova, 1972-ci il təvəllüdlü Gülayət Qurban qızı Bayramova və 2001-ci il təvəllüdlü Sənəm Elmin qızı Qurbanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Zaqatala RMX-dan bildirilib ki, hazırda yaralıların müayinəsi aparılır. Onların xəsarətləri yüngül qiymətləndirilir və ambulator müalicə almaq şərti ilə evə buraxılmaq nəzərdə tutulub.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir