Zaqatalada daş istehsalı sexində yanğın baş verdi
Zaqatalada daş istehsalı sexində yanğın olub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Yuxarı Tala kəndində Sərxan Orucovun icarəyə götürdüyü daş istehsal edən sexdə baş verib.
Yağın nəticəsində sexin çardaq hissəsinin 50 kvadrat metr hissəsinin yanar konstruksiyaları yarasız hala düşüb.
Əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.
Yanğın zamanı sexdə işləyən fəhlələrdən xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
2069
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2050
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2128
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1439
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
2018
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
2044