Zaqatalada dağlıq ərazidə yanğın baş verib
Zaqatalada dağlıq ərazidə yanğın baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, yanğın hadisəsi səhər saatlarından etibarən rayonun ucqar dağlıq ərazisi olan Əzgilli və Qarqay kəndlərinin inzibati ərazilərində qeydə alınıb.
Alovun söndürülməsi üçün Zaqatala Rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları, yaxın yaşayış massivinin sakinləri, həmçinin Rayon İcra Hakimiyyətinin yerli qüvvələri əraziyə cəlb edilib.
İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə 5 hektar sahədə quru ot, kol-kos, qurumuş ağac budaqları yanır.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
17:21
1200
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
17:20
1246
Növbəti köç karvanları yola salınıb
13:38
1253
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
16:28
955
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
1087
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2995