Zaqatalada çoban qayadan yıxılıb öldü
Zaqatalada çoban yüksək dağlıq ərazidə sıldırımlı qayadan yıxılaraq ölüb.
APA TV-nin məlumatına görə, hadisə iyulun 20-də axşam saatlarında baş verib.
Rayonun Muxax kənd sakini, 1970-ci il təvəllüdlü Əmir Ramazan oğlu Ağayev rayonun Sabunçu kəndi yaxınlığında, “Daşkəsən” adlanan yüksək dağlıq ərazidə sıldırımlı qayadan dərəyə yıxılıb. Ə.Ağayev yıxıldığı yerdə yaralı vəziyyətdə bir gün tək və köməksiz qalıb.
Ə.Ağayevi onunla birgə çoban işləyən yoldaşları yıxıldığı ərazidən taparaq kəndə gətirən zaman aldığı xəsarətlərdən yolda keçinib. Ölümün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit məhkəmə-tibb ekspertizasına təhvil verilib.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
649
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
649
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
676
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1295
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1883
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1897