Zaqatalada canavarlar fermaya basqın etdi – 40 QOYUNU PARÇALADILAR
Zaqatala sakinlərinin təsərrüfatına hücum edən canavarlar onlara xeyli ziyan vurub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kəpənəkçi kəndində örüş yerindəki fermada baş verib.
Kənd sakinləri Abducəlil Abdurahmanov, Yusif İsayev və Sahib Qurbanovun birgə təsərrüfatına hücum edən yırtıcılar ümumilikdə 160 baş xırdabuynuzlu heyvandan 40-nı parçalayıb. Təsərrüfat sahiblərinin dediyinə görə, fermadan qısa müddətə evlərinə gəlmələrini fürsət bilən canavarlar qoyun sürüsünə hücum edib. 13 baş heyvanı yerindəcə öldürən canavarlar 30-a yaxın qoyunu yaralayıb.
Hadisə ilə bağlı Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşlarına məlumat verilib. Xidmət əməkdaşlarının nəzarəti altında ölmüş heyvanlar basdırılıb və yaralanmış heyvanlara lazımi dava-dərman verilib. Lakin fermerlər yaralı heyvanların sağalacağına ümid etmirlər.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək