Zaqatalada avtomobil yanıb
Zaqatala rayonunda yük avtomobili yanıb.
APA şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saat 20:10 radələrində rayonun Çökəkoba kənd sakini Elvin Sabir oğlu Kərimovun yaşadığı evin həyətyanı sahəsində qeydə alınıb.
Ərazidə yenicə park edilmiş E.Kərimova məxsus “QAZel” markalı yük avtomobilində qəfildən alovlanma başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində yük maşınının yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
608
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
608
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
631
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1292
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1879
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1892