Zaqatalada 44 yaşlı kişini avtomobil vuraraq öldürüb
Zaqatalada piyada ölümü ilə nəticələnən avtoqəza baş verib.
APA TV-nin məlumatına görə, hadisə iyulun 18-i axşam saat 21:40 radələrində Zaqatala-Qax avtomobil yolunun rayonun Çobankol kəndi ərazisindən keçən hissəsində baş verib.
Sözügedən Çobankol kənd sakini, 44 yaşlı Şaban Murtuzəli oğlu Atayev yolu keçmək istəyən zaman Səhrab Sarı oğlu Hümbətovun idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili tərəfindən vurulub.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Şaban Atayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanaya daxil olduqdan bir qədər sonra həkimlərin səyinə baxmayaraq, piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
705
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
703
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
733
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1300
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1889
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1901