Zamanın nəbzini tutan gənc saatsaz... - MİLLİ BREND YARATMAQ İSTƏYİ
Vaxt qızıldır. Bu ifadə təsadüfdən işlədilmir. Bəzən insan həyatda tələskən və ya əksinə, hər yerə gecikdiyinin fərqində olmur.
Zamanı dəyərləndirmək və vaxt itkisi... İkisi də çox önəmlidir. Vaxta qarşı diqqət adətən qazanca, itirənlər isə nəhayət, peşman olur.
Saat insana vaxtı, iş planlarını tənzimləməyə, görüşlərini təyin etməyə, bir sözlə gəzməyindən yemək-içməyindən tutmuş, yatıb-qalxmağına qədər vacib olan cihazdır.
Saatın icadı insan həyatına ən böyük töhfələrdən biridir desək, yəqin ki, yanılmarıq.
Dövlət İqtisad Universitetinin məzunu - 23 yaşlı Hüseyn Hümbətov biznes fəaliyyətinə çox erkən yaşlarında başlayıb. Əlindəki kapital isə cəmi 6 Azərbaycan manatı olub.
Vəsaitin azlığı onu ruhdan salmır, hətta bir müddət müəyyən uğurlara nail olur. İlk dəfə 11 yaşında müəyyən sahələrə maraq göstərib, işləmək üçün cəhdlər də uğursuz alınmayıb.
Biznesə qollarını universitetin 1-ci kursundan çırmayıb. Hüseyn kiçik yaşlarından məhz saatlara maraq göstərib. Bu maraq əvvəlcə hobbiyə, sonra isə ticarətə çevrilir. Başladığı iş böyüyür və biznesə çevrilir
“MasterClass”lar keçən 23 yaşlı iş adamı gələcəkdə Azərbaycanın saat brendini yaratmaq niyyətindədir. Bu istiqamətdə fəaliyyətə artıq başlanıb.
Deyir, niyyətin hara, mənzilin ora. Əsas odur ki, zamanı düzgün tənzimləyib, onun qızıl olduğunu sübut edə biləsən.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi