Zakir Qaralov vəzifəsindən gedir - PREZİDENT YENİ NAMİZƏD İRƏLİ SÜRÜB
Baş prokuror vəzifəsinə təyinatla bağlı Milli Məclisə təqdimat daxil olub.
APA TV-nin xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Kamran Əliyevin Baş prokuror vəzifəsinə təsdiqlənməsi üçün Milli Məclisə təqdimat göndərib.
Təqdimata Milli Məclisin plenar iclasında baxılacaq.
Millət vəkili Fəzail Ağamalı açıqlamasında bildirib ki, təqdimata bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında baxılıb.
Müzakirələrdən sonra təqdimat Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Qeyd edək ki, K. Əliyev Azərbaycan Respublikası Baş Prokurorunun müavini, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviridir.
Xatırladaq ki, hazırda Baş Prokuror Zakir Qaralovdur.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı