Zakir Qaralov: “Rafael Cəbrayılovun məsələsinə...”

 

"Mərkəzi Seçki Komissiyası (MSK) deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra, onunla bağlı məsələ müzakirə olunacaq. Deputatın aldığı borcla bağlı məhkəmələrdə müraciətlər var”.

APA TV-nin məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib.

Bildirib ki, hazırda iddia ərizəsinə mülki qaydada baxılır: “Məhkəmə baxışında əgər müəyyən ediləcəksə, onun tərəfində dələduzluq və yaxud digər cinayət faktı müəyyən edilibsə, məhkəmələr xüsusi qaydada qərar çıxarıb prokurorluğa göndərəcək və biz həmin araşdırmaları aparacağıq”.

Xatırladaq ki, Rafael Cəbrayılov sentyabrın 30-da payız sessiyasının ilk iclasında mandatından imtina etməklə bağlı parlamentə müraciət edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR