Zakir Qaralov Elmar Vəliyevə sui-qəsddən danışdı

 

“Gəncədə baş vermiş hadisəyə hüquq-mühafizə orqanları və cəmiyyətimiz qiymət verib. Gəncə şəhərinin sabiq icra başçısına qarşı törədilən terror aktı, həmin terror aktını dəstəkləyənlər, kütləvi iğtişaşlar törətmək istəyənlər dini-radikal qüvvələrdir”.

APA TV-nin məlumatına görə, bu fikirləri Baş prokuror Zakir Qaralov səsləndirib. Bildirib ki, aparılan istintaq nəticəsində bu barədə kifayət qədər sübut əldə edilib: “Onların hazırda məhkəmə prosesləri yekunlaşdığına görə artıq qeyd edə bilərəm ki, cinayətləri tam sübuta yetirilib. Məhkəmə sözsüz ki, hər bir təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəlki fəaliyyətini, ailə vəziyyətini nəzərə alır. Qəbul edilmiş humanist qərarlar onların günahsız olması mənasına gəlmir”.

Qeyd edək ki, oktyabrın 1-i Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə Baş prokuror Zakir Qaralov və prokurorluq əməkdaşları Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil qoyublar.

Daha sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının xatirəsi yad edilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR