Zakir Həsənov Türkiyəyə getdi
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Konya şəhərində keçirilən "Anadolu Qartalı - 2023" beynəlxalq təlimini izləmək üçün qardaş ölkəyə səfər edib.
Müdafiə Nazirliyi məlumat yayıb ki, səfər çərçivəsində general-polkovnik Zakir Həsənov təlim çərçivəsində keçiriləcək "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələrinin cəlb olunduğu təlim ölkəmizlə yanaşı, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və İngiltərə nümayəndələrinin iştirakı ilə keçirilir.
"Anadolu Qartalı - 2023" beynəlxalq taktiki-uçuş təlimində ABŞ, Avstraliya, Efiopiya, Mərakeş Krallığı, Fransa, Gürcüstan, İsveç, Qırğızıstan, Şimali Makedoniya, Liviya, Malayziya və İordaniya Krallığının nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər