Zakir Həsənov qazilərlə görüşdü
Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə olunan, o cümlədən Vətən müharibəsində yaralanan bir qrup hərbi qulluqçu ilə görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdıraraq dövlət başçısı adından bayram sovqatlarını təqdim edib.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib