Zakir Həsənov ön cəbhəyə getdi - ƏMƏLİYYAT ŞƏRAİTİ İLƏ MARAQLANDI
Cəbhəboyu zonada olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti müxtəlif istiqamətlərdə yerləşən ön xətt bölmələrində olub.
APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, müdafiə nazirinə ərazinin maketi üzərində əməliyyat şəraiti məruzə edilib. General-polkovnik Z. Həsənov bölmələrin döyüşə hazırlıq vəziyyətini yoxlayıb, üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və müvafiq tapşırıqlar verib.
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Müdafiə naziri bölmələrdəki şəraitlə tanış olub, şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."