Yuxuya gedən türk sürücü ağır qəza törətdi - ÖLƏN VAR
Hacıqabulda ölümlə nəticələnən zəncirvarı qəza baş verib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun 160-cı kilometrliyində, Padar kəndi ərazisində qeydə alınıb.
Türkiyə vətəndaşı, 1977-ci il təvəllüdlü Qaraoğlan Cumalı idarə etdiyi “Mercedes” markalı qoşqulu yük avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, yolun kənarında dayanan, qum yüklü "KamAZ" və "Mercedes" markalı şüşə daşıyan maşına çırpılıb.
Zərbənin gücündən "KamAZ" markalı avtomobil aşıb. “Mercedes”də yaranan nasazlığı aradan qaldırmağa çalışan sürücü - Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Atakişiyev Əyyub Teyyub oğlu ağır xəsarət alaraq xəstəxanaya aparılarkən keçinib.
Digər sürücülər yüngül xəsarətlər alıb.
Hadisəyə səbəb Türkiyə vətəndaşının sükan arxasında yuxulaması olub.
Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."