Yük maşının təkərləri altında kişi həyatını itirib - HACIQABULDA
APA TV-nin məlumatına görə gecə saat 00.00 radələrində Bakı-Qazax magistralının Muğan qəsəbəsi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. "DAF" markalı, 20 DN 720 dövlət nömrə nişanlı qoşqulu yük avtomobili (TIR) sərxoş vəziyyətdə yolu keçən piyadanı vurub. Təkərin altında qalan piyada, Bərdə sakini, 1956-cı il təvəllüdlü Qocamanov Zöhrab Böyükkişi oğlu hadisə yerində ölüb.
Qeyd edək ki, Zöhrab Qocamanov Bərdədən Hacıqabula tələbə yoldaşı olan tanınmış müğənni Kamandar İbrahimovun sənət fəaliyyətinin 45 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak etmək üçün gəlib. Tədbirdən sonra magistralda yerləşən restoranda müğənninin şərəfinə verilən qonaqlıqdan sərxoş vəziyyətdə yola çıxan adı çəkilən şəxs yük avtomobilinin altında qalaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək