Yük maşını yoldan çıxdı - 1500 ABONENT QAZSIZ QALDI
Qazaxda yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-TV qərb bürosunun məlumatına görə, hadisə Bakı-Gürcüstan Respublikası avtomagistralının Qazax şəhərinin daxilindən keçən hissəsində baş verib. Qumla dolu yük maşını yoxuşa qalxarkən digər bir avtomobil onun qarşısına çıxıb. Həddindən çox yüklü olan ağırtonnajlı maşınının əyləc sistemi sıradan çıxıb və maşın yol kənarındakı evlərdən birinə doğru hərəkət edib. Nəticədə yük maşını orta təzyiqli qaz xəttini qıraraq evin divarına dəyib. Yolda hərəkətdə olan iki minik avtomobilinin sürücüsü baş verənlərə baxmaq üçün sürəti azaldıb və bu səbəbdən bir-biri ilə toqquşub. Ümumilikdə 4 avtomobil xəsarət alıb. Qaz xəttinin qırılması Qazax şəhərinin “Çinar dibi” adlanan ərazisində 1500 abonentin istilik sistemində müvəqqəti problem yaradıb. Faktla bağlı araşdırma aparılır .
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."