Yük maşını qaz xəttini dağıtdı - RAYON QAZSIZ QALDI
İmişlidə yük maşınının qaz xəttini dağıtması nəticəsində rayona qazın verilişi dayandırılıb.
APA TV-nin Mil-Muğan bürosunu məlumatına görə, yol-nəqliyyat hadisəsi İmişli Olimpiya kompleksinin yaxınlığında, dairəvi avtomobil yolunda qeydə alınıb. Kamil Məmmədov idarə etdiyi qoşqulu yük maşını ilə hərəkətdə olarkən avtomaşının yük yerində olan iri qabaritli kənd təsərrüfatı texnikası yolun üst hissəsindən keçən iri diametrli daşıyıcı qaz kəmərinə ilişib. Nəticədə qaz xətti yerindən çıxaraq aşıb. Hadisə zamanı xəsarət alan və yaralanan olmasa da, avtomobil yolunda hərəkət dayanıb. Həmçinin daşıyıcı qaz xətinin qəzalı vəziyyətə düşməsi nəticəsində İmişliyə mavi yanacağın verilişi dayandırılıb.
Yolda təhlükəsizliyin təmin olunması üçün əraziyə hüququ mühafizə orqanının əməkdaşları cəlb edilib. Həmçinin Qaz istismar sahəsinin əməkdaşları əraziyə gəlib.
Hazırda qaz xətində bərpa işləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib