Yük maşını aşdı, sürücü altında qaldı
Şəkidə “Zil” markalı yük maşını aşıb, sürücü aldığı ağır xəsarətlərdən ölüb.
APA TV-nin məlumatına görə, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.
Şəki sakini 60 yaşlı Mahir Hacırəhimovun idarə etdiyi "Zil" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə zamanı sürücü maşının altına düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə zamanı sıxılmış vəziyyətdə qalan Mahir Hacırəhimovu çıxarmaq üçün hadisə yerinə Fövqəladə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Xilasedicilər tərəfindən çıxarılan Mahir Hacırəhimov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də. Həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov,
Əhməd Fərruxoğlu,
APA TV
OXŞAR XƏBƏRLƏR
18:19
931
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
18:00
977
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
14:07
1222
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
995
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1191
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1658