Yük avtomobili minik maşını ilə toqquşub aşdı – MİŞAR DAŞLARI YOLA DAĞILDI
Mişar daşı ilə yüklənmiş avtomobilin yola aşması yolda hərəkətin dayanmasına səbəb olub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, ötən gecə Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsində İmişli rayon Göbəktala kənd sakini Eldar Zeynal oğlu Şükürov idarə etdiyi yük avtomobili ilə Sabirabad rayon istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə hərəkətdə olan Bakı şəhər sakini Şahbazov Yaşar Qafar oğlunun idarə etdiyi minik avtomobili ilə toqquşub. Nəticədə yük avtomobili idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb.
Avtomobilin sürücüsü Eldar Şükürov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avtomobilin yük yerində olan mişar daşları yola töküldüyündən magistral yolda bir müddət hərəkət məhdudlaşıb. Daha sonra isə xüsusi texnika vasitəsilə yola səpələnmiş mişar daşları təmizlənərək hərəkət bərpa olunub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək