Yollar bağlandı, 200-dən çox avtomobil yolda qaldı
Ötən gecədən başlayaraq yağan güclü qar səbəbindən Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Basqal kəndi ərazisindən keçən hissəsində nəqliyyatın hərəkəti dayanıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hazırda bu yolda qarın qalınlığı 5-10 santimetr təşkil edir, çovğun və buzlaşma nəticəsində 200-dən çox minik avtomobili, sərnişin avtobusları, yük maşınları yolda qalıb.
Hazırda yolda vəziyyət çətin olduğundan avtomobillər Şamaxının Muğanlı dairəsindən və İsmayıllı şəhərindən geri qayıdaraq alternativ yoldan istifadə edirlər.
Hazırda ərazidə qar yağır, yolun təmizlənməsi işi ləngiyir. Ağır texnikaların köməyi və əl əməyi ilə kənarda qalmış avtomobillərin yola salınması üçün işlər görülür. Əraziyə yol istismar idarəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib, yola duz və qum səpilir.
Bundan başqa, İsmayıllı, Ağsu və Şamaxı ərazisinə yağan qar səbəbindən Ağsu aşırımında, Muğanlı-İsmayıllı dolaylarında, Lahıc-Dəmirçi-Pirqulu yolunda da avtomobillərin hərəkəti çətinləşib. Hazırda çox az sayda minik avtomobili bu yollarda hərəkət edə bilir.
Sürücülərə alternativ olaraq Bakı-Qazax, Kürdəmir-Ağsu, Ucar-Göyçay, Ağdaş-Qəbələ yollarından istifadə etməyi məsləhət görür.
Şahnəzər Bəşirov,
APA TV
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ