Yoldan çıxan “Mercedes” yandı - ŞOKA DÜŞƏN SÜRÜCÜ AYILMIR
Yoldan çıxan avtomobil ağaclara çırpılıb. APA TV-nin yerli bürosunun məlumata görə, qəza Mingəçevirin mərkəzində - Heydər Əliyev prospektində qeydə alınıb.
“Mercedes” markalı minik maşını yol kənarındakı bir neçə həmişəyaşıl ağacı qıraraq yaşıllıq zolağına düşüb. Xəsarət alan 1982-ci il təvəllüdlü sürücü Bayraməliyev Elçin Şair oğlu sərbəst şəkildə maşından düşə bilməyib. Avtomobildə qəfildən başlayan yanğını görən ətrafdakı insanlar onu nəqliyyat vasitəsindən çıxarıb. Şoka düşən 37 yaşlı şəxs təcili yardımla xəstəxanaya çatdırılıb.
Onun vəziyyəti ağır qiymətləndirilir.
Qəza yerinə cəlb olunan yanğınsöndürmə briqadası avtomobili söndürüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:09
844
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
853
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
854
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
17:47
1731
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
1559
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
1570