Yol qəzası 5 kəndin işıqsız qalmasına səbəb olub
Bakı-Qazax magistral yolunda qəza baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında, yolun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Xaliq Qulam oğlu Qulamovun idarə etdiyi "Nissan" markalı minik maşını idarəetmədən çıxaraq əvvəlcə beton arakəsməyə çırpılıb. Daha sonra yol kənarındakı, vakuum açarlarına dəyərək aşırıb. Hadisə zamanı xəsarət alan olmasa da, rayonun - Qarabörk, Qulabənd, Küçəkənd, Alpı və Ənvər Məmmədxanlı kəndlərinə elektrik enerjisi verilişi dayandırılıb.
Həmin kəndlərə elektrik enejisi verilişi hələ də bərpa olunmayıb.
Zahid Abışov, Devran Əsgərov, APA TV
OXŞAR XƏBƏRLƏR
18:19
1055
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
18:00
1096
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
14:07
1332
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1008
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1206
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1669