Yol kənarında isti təndir çörəyi: ƏTRİ İNSANI BİHUŞ EDİR
Əgər yolunuz Oğuz rayonundan düşərsə burada mütləq yol kənarında təndir çörəyi bişirib satan insanlara rast gələcəksiniz. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Calut kəndinin sakinlərinin çoxu çörəyini bu işdən çıxarır. Onlar yayın qızmar istisində, qışın sərt soyuğunda, yazın, payızın yağışında yol kənarındakı təndirlərini qalayıb, dolanışığını bu qızmar təndirlərdən çıxarır. Yoldan keçənlər maşını saxlayıb, isti təndir çörəyini almağa maraq göstərir. Calut kəndi rayon mərkəzindən 6 kilometr qərbdə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun sağında Baş Qafqaz sıra dağlarının ətəyində yerləşir. Birinci Qarabağ müharibəsi illərində məcburi köçkün düşən soydaşlarımızın bir hissəsi bu ərazidə məskunlaşıb. Ərazidə məskunlaşan əhalinin bir qismi təndir çörəyi bişirib satmaqla dolanır.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi