Yevlaxda yük və minik maşını toqquşdu – İKİ NƏFƏR YARALANDI
Yevlaxda yük maşını minik avtomobili ilə toqquşub.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlaxın Aran qəsəbəsindən keçən hissəsində baş verib.
Belə ki, “DAF” markalı yük maşını “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən hər iki avtomobil yol arakəsmələrinə çırpılıb.
Hadisə nəticəsində biri ağır olmaqla iki nəfər xəsarət alıb. Durumu daha ciddi olan 1987-ci il təvəllüdlü Aran qəsəbə sakini Afina Həşimova ətrafdakıların köməyi ilə dərhal Yevlax şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
19:48
356
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
353
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
330
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
303
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
299
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
307