Yevlaxda ev heyvanları vaksinasiya edilib
Yevlaxda heyvan və quşlarda epizotiya əleyhinə aparılan diaqnostik və profilaktiki tədbirlər başa çatdırılıb.
APA TV-nın Mingəçevir bürosunun məlumatına görə, bu il rayon Baytarlıq İdarəsinin mütəxəssisləri 67 min 672 iribuynuzlu və 172 min 917 baş xırdabuynuzlu heyvana dabaq, modelyar dermotit, qarayara, çiçək və digər xəstəliklər əleyhinə vaksinlər vurulub.
O cümlədən fərdi təsərrüfatlarda istifadə olunan at, eşşək və quşlar pevənd olunub, 6 min itə isə quduzluq əleyhinə vaksinlər vurulmaqla proflaktiki tədbirlər görülüb. Həyata keçirilmiş epizotiya yönlü tədbirlər Yevlax rayonu ərazisində epizodik durumu sabit saxlamağa imkan verib. Baytarlıq İdarəsi rəsmisi Əhliman Nəsibovun verdiyi məlumata əsasən heyvan və quşlar arasında hər hansı təhlükəli infeksiya və yaxud xəstəlik halı qeydə alınmayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək