Yevlaxda çobanın öldüyü yerdən kasetli bombalar tapıldı
Daxili İşlər Nazirliyi (DİN) Yevlaxda çobanın partlayış nəticəsində ölməsi faktı ilə bağlı məlumat yayıb.
APA TV xəbər verir ki, DİN-in bununla bağlı yaydığı məlumatda deyilir:
Fevralın 1-də Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Şirinbulaq” adlanan qış otlaq sahəsində Daşkəsən rayon sakini İsmayıl Mikayılovun Vətən müharibəsi dövründə düşmən tərəfindən atılmış kasetli bombanın qalıqlarının partlaması nəticəsində xəsarət alaraq ölməsi ilə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilmişdir.
Yevlax Rayon Polis Şöbəsi və rayon Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı partlamamış əlavə 17 ədəd kasetli bomba aşkar edilərək zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR
16:29
501
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
501
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1074
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
934
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
889
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1759