Yevlaxda 78 yaşlı qadını qarət edənlər saxlanılıb
Yevlaxda 78 yaşlı qadını qarət edən 2 nəfər saxlanılıb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, araşdırmalarla müəyyən edilib ki, Yevlax rayon sakinləri Elçin Rzayev və əvvəllər məhkum edilmiş Amil Qənbərov yaşlı qadına zor tətbiq edərək, evdən 1000 manat pulu oğurlayaraq qaçıblar.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Qeyd edilən faktla əməliyyat istintaq tədbirləri davam etdirilir. Bu şəxslərin digər analoji cinayətlər törətdiyi də istisna olunmur.
Onların əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə Yevlax RPŞ-yə məlumat verə bilərlər.
OXŞAR XƏBƏRLƏR
11:43
2132
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2114
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2193
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1443
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
2023
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
2051