Yevlaxda 200-ə yaxın rayon sakini qan verdi
Yevlaxda qanvermə aksiyası keçirilib.
APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, 200-ə yaxın rayon sakini könüllü qan vermək üçün “Qan ver, yaşat” aksiyasına qatılıb.
Aksiya zamanı toplanan qan bir sıra xroniki xəstəliklərdən əziyyət çəkən insanlar, o cümlədən talassemiyalı və hemofiliyalı xəstələr üçün nəzərdə tutulub. Həkimlərin sözlərinə görə, qan vermək insanların özlərinin də sağlamlığı üçün faydalıdır.
Qeyd edək ki, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev də ehtiyacı olanlar üçün qan verib.
Ehtiram Muradov
APA TV
OXŞAR XƏBƏRLƏR
16:28
463
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
572
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2586
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2306
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2294
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1481