Yevlax sakini Kürdə boğuldu

 

Yevlax sakini Kür çayında boğulub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Yevlax şəhərində, Sahil Parkı ərazisində baş verib. Rayon sakini Seymur Bayram oğlu Abdullayev körpüdən Kür çayına atılaraq orda boğulub. Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc xilasetmə qrupunun xilasediciləri batan şəxsi sahilə çıxaraq onu həyata qaytarmağa çalışıb. Həyatını itirən şəxsin meyit aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR