Yerə tüpürən həmkəndlisini bıçaqladı
Qubada bıçaqlanma hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, rayonun Birinci Nügədi kənd sakini Nəbi Şərifov kəsilmiş-deşilmiş bədən xəsarətləri diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində xuliqanlıq hərəkətləri zəminində zərərçəkənə xəsarət yetirdikdən sonra gizlənən kənd sakini, 55 yaşlı Rauf Muradov gecə saatlarında saxlanılıb. Hadisə zamanı istifadə edilmiş bıçaq maddi sübut kimi ondan götürülüb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edib:
“8 ay bundan qabaq Nəbi ilə münaqişəmiz olmuşdu. Dünən yola çıxanda alma soya-soya gəlirdim. Qabağımdan keçəndə tüpürdü. Girdim çayçıya, gördüm bu da girib oturdu. Uşaqlar nərd oynayırdılar. Mən də gəldim əlimdəki bıçaqla vurdum. Keçən ilki söhbətə qədər bizim aramızda konflikt olmayıb. Bu yatıb çıxandır, özünü bir az çəkirdi. Mənim onunla ədavətim olmayıb. Onun mən alma yeyəndə qabağımda tüpürüb getməyi mənə pis təsir elədi”.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub və sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək