Yerə doğru alov dalğaları gəlir
Mart ayı maqnit qasırğalarının müşahidə olunduğu aydır və bu dəfə də istisna olmayacaq. Mütəxəssislərin fikrincə, martın sonunda güclü geomaqnit qasırğası gözlənilir. Ən böyük qasırğanın martın 26-da baş verəcəyi və ayın 27-si daxil olmaqla davam edəcəyi proqnozlaşdırılır.
Bu barədə Lent.az-ın yaydığı məqalədə bildirilir ki, martın 25-i geomaqnit sahəsinin sakit və K indeksi üzrə 2-ci səviyyəyə uyğun olacağı gözlənilir. Lakin vəziyyət martın 26-da dəyişəcək, güclü günəş alovlarının K indeksi üzrə 7-ci səviyyəyə çatacağı gözlənilir. Martın 27-də dalğalanmaların dinamikası yüksək səviyyədə davam edəcək.
Yalnız martın 28-dək maqnit qasırğaları səngiyəcək, geomaqnit aktivliyi isə aşağı düşəcək. Meteohəssas insanlar maqnit qasırğaları zamanı diskomfort hiss edə bilərlər və buna görə də bütün ehtiyat tədbirlərinin əvvəlcədən görülməsi tövsiyə olunur.
Belə dövrlərdə küçədə uzun müddət qalmamaq və intensiv fiziki fəaliyyətlə məşğul olmamaq daha yaxşıdır. Ən həssas insanlar və ürək-damar sistemində problemi olanlar bu günlərdə daha çox dincəlməli, mümkünsə hər hansı işdən, o cümlədən zehni işdən çəkinməlidirlər.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib